DİN-dən sosial şəbəkələrlə bağlı xəbərdarlıq


Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var. Bununla bağlı artıq bir neçə şəxs müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat katibi Elşad Hacıyev bildirib.
"Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur", - E. Hacıyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top