"Daha iki rus generalı öldürüldü" - Aleksey Arestoviç


Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Rusiya ordusunun iki generalı öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O bildirib ki, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə rəhbərlik edən Federal Təhlükəsizlik Xidmətinin (FTX) generalıdır:
“Staraya Zburyevka, Xerson vilayəti. Onlarla öldürülən və yaralanan işğalçı, o cümlədən iki general, biri ordu, bir də FTX - Xerson vilayətində “referendum”un təşkilinə cavabdeh olan - var. Xerson vilayətində “referendum” təşkil etmək çox zərərlidir”.

DİGƏR XƏBƏRLƏR

Top