Xaricə satılan Azərbaycan neftində SOCAR-ın payı nə qədərdir? - Rəsmi açıqlama


Bu ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Yeniavaz.com Energetika Nazirliyinə istinadən bildirir ki, ölkə üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.

Hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,7 milyon tona yaxın hissəsi konsorsiumun, 696 min tonu isə SOCAR-ın payına düşür.

DİGƏR XƏBƏRLƏR

Top