Arestoviç ilk dəfə Ukraynanın müharibədəki təxmini itkilərini açıqladı


Rusiya ilə genişmiqyaslı müharibə zamanı 10 minə yaxın ukraynalı hərbçi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Rusiyanın itkiləri Ukraynadan qat-qat çoxdur:
“Bizdə münaqişənin başlanğıcında gündə orta hesabla 100, Rusiya ordusunda isə ilk 20-30 gündə hər gün 1000 əsgər ölürdü. İndi onlarda 200-300 ölüm var, heç də az deyil”.
O həmçinin bildirib ki, iyunun 10-da Ukrayna artilleriyasının uğurlu fəaliyyəti nəticəsində 600-ə yaxın rus hərbçisi məhv edilib.
Jurnalistin “Ukrayna ordusunun 10 minə qədər əsgər itirdiyini güman etmək olarmı” sualına Aretoviç belə cavab verib:
“Bəli, haradasa o qədər”.

DİGƏR XƏBƏRLƏR

Top