
ABŞ hərbi qulluqçuları arasında meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqlənib.
Yeniavaz.com “The Hill”ə istinadla xəbər verir ki, hərbçi Ştutqartdakı hərbi klinikada müalicə olunub, hazırda bazada təcrid olunub.
ABŞ-ın Avropa Komandanlığının nümayəndəsi Uilyam Speaks NBC-yə verdiyi açıqlamada qeyd edib ki, hazırda sağalmış şəxsin kiminlə əlaqə saxladığı dəqiqləşdirilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bu həftə ABŞ-ın 15 ştatında və Vaşinqtonda meymunçiçəyi virusu aşkar edilib. Bir neçə həftə əvvəl ABŞ-da virus aşkar edildikdən sonra ümumi infeksiyaların sayı hələ 50-ni keçməyib.