Rusiya daha bir beynəlxalq təşkilatdan çıxdı


Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib. 
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam qurumun rəsmi internet portalında dərc edilib.
“Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” federal qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifi qəbul edilsin", - deyə  sənəddə qeyd olunub.
Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edir.

 

DİGƏR XƏBƏRLƏR

Top