Çexiya Ukraynaya 3,5 milyard krondan çox (təxminən 140 milyon avro) hərbi yardım göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ČTK” xəbər agentliyi məlumat yayıb.
Hərbi yardımın göstərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edir. Agentliyin məlumatına görə, bu yardımın ümumi məbləği demək olar ki, Nazirlər Kabinetinin hər iclasından sonra artır.