“Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur".
Yeniavaz.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.
O bildirib ki, cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur:
"Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur. Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq".