“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi


“PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə Bankın İdarə Heyətinin Sədr müavini Cavid Quliyev təyin edilib.

Yeniavaz.com xəbər verir ki, “PAŞA Bank” məlumat yayıb.
Bildirilib ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Cavid Quliyev 12 aprel, 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.
Qeyd edək ki, bir müddət öncə Taleh Kazımov Mərkəzi Bankının sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top