
Bu ilin ilk 4 ayı ərzində xaricdən Azərbaycana 308 min 42,7 ton buğda idxal olunub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan buğdanın gömrük dəyəri 105 milyon 270,2 min dollar təşkil edib.
Nəticədə ölkəyə gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 342 dollar olub.
İdxal olunan buğdanın ən yüksək qiyməti yanvarda (1 ton/346,6 dollar) qeydə alınıb.
Tarix | Ümumi miqdarı | 1 ton buğdanın dəyəri |
Yanvar 2022 | 93 704,53 ton | 346,6 $ |
Fevral 2022 | 56 893,03 ton | 342,4 $ |
Mart 2022 | 32 266,61 ton | 323,5 $ |
Aprel 2022 | 125 178,55 ton | 342,5 $ |
Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı hər il təxminən 2,5 milyon ton buğdya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.
A. Cəfərov