Neft qiymətləri ucuzlaşıb


Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Yeniavaz.com
 xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,30 dollar azalaraq 121,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 122,73 dollar olub.
Neft qiymətlərinin ucuzlaşmasına səbəb kimi investorların Çində koronovirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar neftə olan tələbatın azalması ilə bağlı narahatlığı göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top