Alimlərə qarşı dələduzluq xəbəri ilə bağlı AMEA-dan açıqlama


AMEA alimlərin Şuşaya səfəri ilə bağlı üzləşdiyi dələduzluq barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Akademiyanın saytında açıqlama yayımlanıb.
"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Şuşada elmi konfrans adı ilə 470 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək.
Ötən gün yayılan məlumatda bu səfərin AMEA-nın bir neçə institutu tərəfindən təşkil edildiyi iddia edilib. Bu sırada Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun adları hallanıb. 

DİGƏR XƏBƏRLƏR

Top