"Kinder" məhkəməyə verildi - Səbəb


“Kinder” şokoladı yeyən bir neçə uşaqda salmonella aşkar edildikdən sonra Paris prokurorluğu “Ferrero” şirkətinin istintaqını öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France Presse” agentliyi prokurorluğa istinadən məlumat yayıb.
Bildirilib ki, şirkət insanların həyatı və ya sağlamlığı üçün təhlükə yaradan aldatma, fiziki toxunulmazlığa bilərəkdən qəsd etmə və digər insanların həyatını təhlükəyə atmada şübhəli bilinir.
İstintaqın başlanmasına əsas kimi mayın 19-da “Foodwatch France” istehlakçı hüquqlarının müdafiəsi assosiasiyası tərəfindən verilən şikayət olub.
Xatırladaq ki, 2021-ci il dekabrın 15-də Belçikanın Arlon şəhərindəki zavodda salmonella aşkar edilsə də, şirkət vaxtında tədbir görməyib.

DİGƏR XƏBƏRLƏR

Top