Əli Əliyev və müavinlərinin aclıq aksiyası keçirdiyi bildirilir


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iyun ayının 7-də barəsində qaldırılan cinayət işinə etiraz edərək aclıq aksiyasına başlayıb.
Yeniavaz.com
Toplum TV-yə istinadən xəbər verir ki, bir gün sonra onun müavinləri Zaur Qasımov və Zeynal Abdullayev də aksiyaya qoşulduqlarını bəyan ediblər.  
Partiya üzvləri Əli Əliyevə bəraət verilənə qədər aclığı davam etdirəcəklərini bildiriblər.
Əli Əliyevin həbs olunduğu böhtan ittihamının ləğvi uzun illərdir ki, beynəlxalq qurumlar tərəfindən tələb olunur. Avropa Şurası da kiminsə dediyi, yaxud yazdığı sözə görə həbs olunmasını Avropa İnsan Haqları Konvensiyasının pozulması hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top