Gürcüstan özünü yeni münaqişə riski istəmədiyi üçün Ukraynaya silah göndərmir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə görülən işlər barədə hesabat verərkən deyib.
"Biz Ukraynaya silah ötürməməyimizlə, Gürcüstan vətəndaşlarının maraqlarını qoruduğumuza və Gürcüstanı yeni münaqişə riskindən sığortaladığımıza inanırıq", - deyə o bildirib.