ABŞ səfiri Zəngəzur dəhlizinin önəmindən danışdı - Video


Amerikanın Azərbaycandakı səfiri Li Litzenberqer Bakıda aparılan son enerji müzakirələrinin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, səfir "Xəzər Xəbər"ə müsahibəsində Cənub Qaz Dəhlizi ilə ixrac edilən qaz həcminin artırılmasının vacib olduğuna diqqət çəkib. Səfir Zəngəzur Dəhlizi ilə bağlı Birləşmiş Ştatların mövqeyinə də aydınlıq gətirib.

Birləşmiş Ştatlar azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesində Azərbaycanın həyata keçirdiyi işlərə dəstək verir. Bunu Xəzər Xəbərə açıqlamasında ABŞ-nin ölkəmizdəki səfiri Li Litzenberqer deyib.

Amerika səfiri Zəngəzur dəhlizinin region üçün önəmli bir təşəbbüs olduğunu xüsusi vurğulayıb. Səfirin sözlərinə görə, bu layihədən bölgədə olan hər kəs faydalana bilər.

Diplomat Bakı Enerji Həftəsi çərçivəsində aparılan bir sıra enerji müzakirələrin təfərrüatlarını da açıqlayıb. Səfir Li Litzenberqer Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın qaz və neft ehtiyatlarına tələbin hazırda ən yüksək həddə çatdığını vurğulayıb. 

Amerikanın ölkəmizdəki səfiri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində irəli atılan addımları da müsbət qiymətləndirib.

Li Litzenberqer onu da vurğulayıb ki, Birləşmiş Ştatlar texnoloji, həm də siyasi olaraq sərhədlərin dəqiqləşdirilməsi məsələsinə dəstək verə bilər. "Ancaq ən önəmli məsələ bunu tərəflərin öz aralarında razılaşaraq icra edə bilmələridir",- deyə səfir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top