Şəhid övladı rəis müavini təyin olundu


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top