
İtaliyanın şərq sahillərində baş verən 4,1 bal gücündə zəlzələ ilə əlaqədar ehtiyat tədbiri olaraq bəzi qatarların hərəkəti dayandırılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İtaliyanın “Trenitalia” dövlət dəmir yolu şirkəti məlumat yayıb.
Bildirilib ki, texniki mütəxəssislər lazımi yoxlamalar aparır. Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, hazırda əməliyyat mərkəzlərinə heç bir ziyan dəyməyib.