
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında dərc olunmuş sərəncamda deyilir.
“Ukrayna Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” 9 iyun 2022-ci il tarixli qərarını təqdim etmək qərarına gəlirəm”.
Zelenskinin 9 iyun tarixli fərmanında deyilir ki, Rusiya lideri - Putin Vladimir Vladimiroviçin və digər rəsmi şəxslərin adı Zelenskinin fərmanına əlavənin mətnində yer alıb.Sənəd dərc edildiyi andan qüvvəyə minir.