Agentlik şəhid ailələri və qazilərlə bağlı məlumat yaydı


Vətən müharibəsindən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb.
Vurğulanıb ki, nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 646 işəgötürən qoşularaq 4538 vakansiya təqdim edib və marafon çərçivəsində artıq 2366 şəxs işlə təmin olunub. Onlardan 1973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
2022-ci ilin 5 ayında peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

DİGƏR XƏBƏRLƏR

Top