Ronaldo ilə Messi arasındakı fərq 6-dan 1-ə düşdü - "İnstagram"da...


Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan "İnstagram"da istifadəçilərin sayı sürətlə artmaqdadır.
Yeniavaz.com məşhur “statista” portalına istinadən xəbər verir ki, 2010-cu ildə Kevin Sistrom tərəfindən qurulan və 2012-ci ildə "Facebook" tərəfindən 1 milyard dollara satın alınan "Instagram"ın hazırda 1 milyard 400 milyondan çox istifadəçisi var.
Qeyd edək ki, "Instagram"dakı hesabların "böyüklüyü" izləyici ("follower") sayına görə müəyyən olunur. Bu günə (9 iyun 2022) olan məlumata görə "Instagram"da ən çox izləyicisi olan hesab elə "Instagram"ın özünə məxsus olan eyni adlı hesabdır. Sosial şəbəkədəki "Instagram" hesabının 516 milyon izləyicisi var. Son bir ildə "Instagram"ın izləyici sayı 114 milyon artıb.
İkinci sırada isə məşhur futbolçu Kriştiano Ronaldo qərarlaşıb. Ronaldoya məxsus “cristiano” adlı hesabın 452 milyon izləyicisi var və son bir ildə 143 milyon artıb. Son bir ildə izləyici sayını ən çox artıranlardan biri də məşhur futbolçu Lionel Messiyə məxsus “leomessi” hesabı olub. Bu hesab son bir ildə 110 milyon əlavə izləyici əldə edib. Ötən il ən çox izlənilən hesabların sıralamasında 8-ci olan “leomessi” hazırda 4-cü sıraya yüksəlib. Bir il əvvəl Messi sıralamada Ronaldodan 6 pillə geri qaldığı halda, hazırda onların arasında 1 pillə fərq var. ..
Bütün dünya üzrə ən çox izləyicisi olan 10 "İnstagram" hesabını təqdim edirik:
Hesabın sahibi və adı İzləyici sayı -
İyun 2022
İzləyici sayı -
İyun 2021
İnstagram
(instagram)
516 milyon 402 milyon
Kriştiano Ronaldo (cristiano) 452 milyon 309 milyon
Kayli Cenner 
(kyliejenner)
346 milyon 245 milyon
Lionel Messi
(leomessi)
335 milyon 225 milyon
Selena Qomez (selenagomez) 325 milyon 242 milyon
Dueyn Duqlas Conson (therock) 320 milyon 251 milyon
Kim Kardaşyan (kimkardashian) 317 milyon 233 milyon
Ariana Grande (arianagrande) 315 milyon 248 milyon
Beyonse
(beyonce)
261 milyon 190 milyon
Castin Biber (justinbieber) 240 milyon 181 milyon

DİGƏR XƏBƏRLƏR

Top