
Türkiyənin tarixinə əsaslanaraq çəkilən və dünyada böyük tamaşaçı auditoriyası toplayan “Kuruluş Osman” serialının baş qəhrəmanları Venesuelaya dəvət olunublar.
Yeniavaz.com xəbər verir ki, onlar arasında serialda “Gəncəbəy” obrazını canlandıran dünyaca məşhur idmançı, K-1 üzrə dünya çempionu Zabit Səmədov da yer alıb.
Venesuela Prezidenti Nikolas Maduro serialın aktyor heyətini iqamətgahında qəbul edərək, onlarla səmimi söhbəti ilə diqqət çəkib.
Prezident həmçinin social şəbəkə hesabında görüş zamanı lentə alınmış görüntüləri də paylaşıb.
Həmin kadrları təqdim edirik: