FİFA Ekvador millisini bu il Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatından kənarlaşdıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TV Azteca” saytı məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ekvador millisinin müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olması ilə bağlı sübutların olmasıdır.
Çili yığmasının vəkili Eduardo Karlezzodanın dəlilərinə görə, Kastilyo 1998-ci ildə Kolumbiyanın Tumako şəhərində anadan olub.
Qeyd edilib ki, belə olduğu halda Ekvadorun əvəzinə Çili seçməsi Qətərə gedəcək.