
Son 20 ildə Azərbaycanda kütləvi kitabxanaların sayı 28,6% azalaraq 4 min 200-dən 3 minə düşüb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin əvvəlində kütləvi kitabxanalarda 31 milyon 600 min nüsxə kitab olub.
Kitabların sayı isə son 20 ildə 14,4% azalıb. Azərbaycanda hər kitabxananın payına orta hesabla 11 min nüsxə kitab düşüb.
MDB ölkələri və Türkiyə ilə müqayisədə Azərbaycan hər kitabxanaya düşən kitabların sayına görə sonuncu sıralarda yer alır.
Ölkələr | Kütləvi kitabxanaların sayı | Kitabların ümumi sayı |
Hər kitabxanaya düşən kitab sayı |
Özbəkistan | 0,4 min | 59,4 milyon | 148,8 min |
Qazaxıstan | 3,9 min | 112 milyon | 28,5 min |
Ermənistan | 0,7 min | 17,8 milyon | 26,7 min |
Belarus | 2,5 min | 52,1 milyon | 20,8 min |
Rusiya | 41,6 min | 840,1 milyon | 20,2 min |
Qırğızıstan | 1,1 min | 19,4 milyon | 18,3 min |
Türkiyə | 1,3 min | 22,4 miyon | 17,2 min |
Moldova | 1,3 min | 15,6 milyon | 11,8 min |
Azərbaycan | 3 min | 31,6 milyon | 11 min |
Tacikistan | 1,4 min | 1,6 milyon | 8,5 min |
A. Cəfərov