Müdafiə Nazirliyi məlumat yaydı


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Təlimin gecə saatlarında  keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top