
Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşı çıxmağa davam edəcək.
Yeniavaz.com “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyədə terrorçu kimi tanınan şəxslər hələ də İsveç parlamentindədir və Stokholm küçələrində nümayişlər keçirir.
“Bütün bu səbəblər Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmasına imkan vermir” - deyə o qeyd edib.