Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindən kənara çıxan nüvə obyektlərindəki bütün müşahidə kameralarını bağlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.
“Qərara alındı ki, NPT çərçivəsindən kənara çıxan və bizim xoş niyyətimiz olan əməkdaşlığımızın bir hissəsini, o cümlədən məlumatların MAQATE kameraları tərəfindən qeydə alınmasını dayandıracağıq”- deyə o qeyd edib.