Azərbaycan XİN İrana başsağlığı verdi


"İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi".

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.
“Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 50 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top