Azərbaycanda polkovnik həbs edildi


Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  

Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.
O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq  baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top