
Ermənistanın Baş naziri Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlara görə həbs edilənlər var.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, iğtişaşların təşkilatçılarının və iştirak edən digər şəxslər barədə tədbir görüldüyü açıqlanıb. “Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunub.