Ermənistanda qəza: 11 hərbçi yaralandı - Fotolar


Ermənistanın Vayots Dzor bölgəsində İrəvan-Mehri avtomobil yolunda avtomobil qəzası baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Shamshan.com” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu gün saat 10:40 radələrində Müdafiə Nazirliyinin balansında olan “KamAZ” markalı yük maşını naməlum şəraitdə aşıb.
Qəza nəticəsində avtomobildə olan 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bildirilib ki, onların həyati təhlükəsi yoxdur.
Polis əməkdaşları, istintaq orqanları və Müdafiə Nazirliyinin hərbi polisinin nümayəndələri hadisə yerinə gediblər. Qəzanın səbəbləri araşdırılır.


DİGƏR XƏBƏRLƏR

Top