Bu ölkədə nazir kabinetində güllələndi


Dominikan Respublikasının ətraf mühit naziri Orlando Horxe Mera bazar ertəsi öz kabinetində güllələnib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Migel Kruzun nazirin yaxın dostu olması müəyyən edilib.
Migel Kruz həbs edilib, qətlin səbəbləri araşdırılır. Dominikan Respublikasının sabiq Prezidenti Salvador Horxe Blankonun oğlu olan Mera 2020-ci ildən ətraf mühit naziri vəzifəsində çalışırdı. Ölkənin hazırkı Prezidenti Luis Abinader Meranın ailəsinə başsağlığı verib.

DİGƏR XƏBƏRLƏR

Top