Hikmət Hacıyev ABŞ-da Həsən Murat Mərcanla görüşdü


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.

“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki qrdaş ölkə arasında münasibətləri bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top