Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzdu


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdiyi Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsi davam edir.

Yeniavaz.com xəbər verir ki, 6-cı turda Məmmədyarov dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olub.

Qrossmeysterimiz 8,5 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə Veselin Topalovla (Bolqarıstan) ağ fiqurlarla heç-heçə etsə də, növbəti görüşdə uduzub. O, 4 xalla 9-cu yerdədir.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top