
“Biz münaqişənin hərtərəfli həlli istiqamətdə işləyirik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar xarici mediaya müsahibəsində deyib.
“Aldığım mesaj ondan ibarətdir ki, Azərbaycan və Ermənistan liderlərinin bir neçə həftə əvvəl Brüsseldə keçirilən görüşü konkret nəticələr verdi. Sərhəd komissiyalarının ilk iclası keçirildi. Sonra kommunikasiya xətlərinin açılması məsələsini müzakirə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşü baş tutdu və liderlər bunu Brüsseldə də müzakirə etdilər. Beləliklə, kifayət qədər müsbət tendensiya var. Və düşünürəm ki, onu inkişaf etdirmək olar”, - deyə Klaar bildirvurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz