ABŞ Abramoviçin 2 təyyarəsinin müsadirəsi ilə bağlı qərar verdi


Nyu-Yorkun federal hakimi rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinin həbsinə icazə verən order imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. Telekanalın məlumatına görə, söhbət Abramoviçin “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələrindən gedir.
Məhkəmə sənədlərinə görə, Boeing “787-8 Dreamliner” Dubayda, “Gulfstream G650ER” isə Rusiyadadır.
Qeyd edək ki, ABŞ hələlik Roman Abramoviçə qarşı sanksiya tətbiq etməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top