İngiltərədə meymunçiçəyinə yoluxanların sayı 300-ü ötdü


Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) insanların meymunçiçəyi xəstəliyinə yoluxanların 302-yə çatdığını elan edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 5-nə olan məlumata həmin xəstəliyə yoluxma hallarının sayı 77 nəfər artıb.
Xatırladaq ki, meymunçiçəyi nadir viral xəstəlikdir. Əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Xəstəliyin simptomlarına hərarət, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir. Dəri səpgiləri üzdə və bədənin digər hissələrində də görünə bilər. 
 

DİGƏR XƏBƏRLƏR

Top