Xaricdə təhsil almaq istəyənlərin nəzərinə


Xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu üçün son tarix 26 iyun 2022-ci il saat 23:59 müəyyən edilib.

Sənəd qəbuluna dair müvafiq elan mətni ilə keçiddən tanış olmaq mümkündür.

Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul sənədinin əldə edilməsidir. Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib, elektron ərizəni təsdiq etməlidir.

Müvafiq seçim qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılacaqlar.

Müsahibə mərhələsi Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçiriləcək. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar veriləcək.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək

DİGƏR XƏBƏRLƏR

Top