Toivo Klaar Qarabağda yaşayan ermənilərdən danışdı


“Qarabağda yaşayan ermənilərinin rəyi nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azatutyun” radiosuna müsahibəsində deyib.
“Hesab edirəm ki, son nəticədə Qarabağ erməniləri həllin bir hissəsi olmalıdır. Və tamamilə aydındır ki, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda kökündən maraqlıdırlar. Mən şəxsən görmürəm ki, bu adamların rəyi, baxış bucağı nəzərə alınmadan belə bir həll yolu tapıla bilər”, - Klaar bildirib.
Ötən həftənin sonunda İrəvana səfəri zamanı Aİ-nin xüsusi nümayəndəsi Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyanla görüşüb. Yaxın vaxtlarda yüksək səviyyəli Avropa rəsmisinin Bakıya da səfəri planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top