Mahaçqaladan Bakıya uçuşlar təxirə salındı


Mahaçqaladan Bakıya uçuşlar təxirə salınıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağıstan hava limanının mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan hökumətinin təşəbbüsü ilə Mahaçqala ilə Bakı arasında uçuşlar ləğv edilib. Azərbaycanın aviasiya hakimiyyəti “UTair”in bu marşrut üzrə uçuşlar həyata keçirməsinə icazəni geri götürüb”, - məlumatda bildirilib.
Xatırladaq ki, “UTair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşlar həyata keçirməli idi.

DİGƏR XƏBƏRLƏR

Top