Meymunçiçəyi ABŞ-a da çatdı


ABŞ-ın paytaxtı Vaşinqtonda səhiyyə sisteminin rəsmiləri meymunçiçəyinə ilk yoluxma hadisəsini təsdiqləyiblər.
Yeniavaz.com
xəbər verir ki, Kolumbiya Dairəsi Administrasiyasının rəsmi açıqlamasına görə, meymunçiçəyinə yoluxmuş Vaşinqton sakini Avropaya səyahətdən otən həftə qayıdıb.
Test Kolumbiya Dairəsinin İctimai sağlamlıq laboratoriyasında keçirilib. Testin nəticələrinin əlavə təsdiqi üçün nümunələr ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə göndərilib.
Səhiyyə sisteminin rəhbərliyi verdiyi bəyanatda qeyd edib ki, xəstə hazırda təcrid olunub və ictimaiyyət üçün təhlükə yaratmır.
Qeyd edək ki, ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı mayın 18-də Massaçusets ştatında qeydə alınıb. Yoluxmuş ABŞ vətəndaşının may ayında Kanadaya səfər etdiyi bildirilir. May ayından iyun ayının sonuna qədər Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Kaliforniya və Nyu-York ştatlarının hər birində 5, Floridada 3, Kolorado, İllinoys və Yuta ştatlarının hər birində 2, Corciya, Havay, Massaçusets, Pensilvaniya, Virciniya və Vaşinqton ştatlarının hər birində isə 1 yoluxma faktını qeydə alıb.

DİGƏR XƏBƏRLƏR

Top