ÜST-dən meymunçiçəyi ilə bağlı açıqlama


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi hadisəsi qeydə alınıb.
Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.
Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).
Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.

DİGƏR XƏBƏRLƏR

Top