
Ukraynada peşəkar futbol yarışlarının bu ilin avqust ayında bərpa olunacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenko məlumat verib.
O, bu məsələni dövlət başçısı Volodimir Zelenski ilə müzakirə etdiyini və müsbət cavab aldığını söyləyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar bu ölkədə fevral ayından bütün idman yarışları dayandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz