Azərbaycanda İŞİD-ə dəstək verən şəxsin üzr videosu yayıldı - Video


Xəbər verdiyimiz kimi
, sosial şəbəkələrdə İŞİD-ə dəstək nümayiş etdirən azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.
Yeniavaz.com
xəbər verir ki, Qusar rayonunun sakini Abdullah Mustafayevin (ləqəbi Abdullah əl Qusari) sosial şəbəkədə üzr istəməsini əks etdirən görüntü yayılıb.
O, videonu çəkib yayımlayarkən anlaqlı vəziyyətdə olmadığını deyib.
Qeyd edək ki, onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib.
Xatırladaq ki, məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb və haqqında araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top