Vergi borcu olan "Azərmaş" 2 milyonluq tenderin qalibi oldu


Sosial Xidmətlər Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Azərmaş” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik MMC-dən əlilliyi müəyyən edilmiş şəxslər üçün minik avtomobilləri satın alacaq.
Agentlik 160 ədəd minik avtomobilinin satın alınmasına görə “Azərmaş” MMC-yə 1 milyon 999 min 998 manat 26 qəpik ödəyəcək. Məlumat üçün qeyd edək ki, avtomobilin bir ədədinin qiyməti 12 min 500 manatdır.
Qeyd edək ki, “Azərmaş” MMC-nin bu günə olan məlumata görə 7 min 245 manat 67 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

***
Sosial Xidmətlər Agentliyi məsələ ilə bağlı saytımıza açıqlama verib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin minik avtomobillərilə bağlı elan etdiyi tender müharibə əlillərinin avtomobil təminatına yönəlib. Satınalma proseduru tam olaraq qanunvericiliyə uyğun icra edilib. Tenderin qalibi olan "Azərmaş" MMC də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında elektron arayış təqdim edib. Eyni zamanda "Azərmaş" MMC-nin bugünkü tarixə də dövlət büdcəsinə borcu yoxdur", - məlumatda qeyd edilib.

R. Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top