Fransada Hitler fanatı saxlanılıb


Fransanın Ardeçe şəhərində hücum hazırlamaqda şübhəli bilinən neonasist gənc saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, Fransa Daxili Kəşfiyyat İdarəsi (DGSI) sosial media və gizli mesaj tətbiqlərində “HeinrichHimmler88” adlı Hitler fanatının irqçi ritorikasını ehtiva edən mesajlar aşkar edib.
Qeyd edilib ki, təhlükəsizlik qüvvələri onu yaşadığı ünvana basqın zamanı saxlayıb. 20 yaşlı gəncin yəhudiləri, qaradərililəri, qadınları və LGBT üzvlərini hədələyən videoları ələ keçirilib.
Gəncin hücumu həyata keçirmək üçün silah axtardığı bildirilib. Əlavə edilib ki, prokurorluğun tələbi ilə ifrat sağçı şəxsə qarşı “fərdi terror cəhdi” maddəsi ilə istintaq başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top