Albaniyanın yeni prezidenti seçildi


Albaniya parlamenti ölkənin yeni prezidentini seçib
.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, deputatlar bu posta Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı təyin edib.
Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.
Xatırladaq ki, Albaniya Xalq Məclisi dördüncü cəhddə ölkə prezidentini seçə bilib.
Qeyd edək ki, hazırki prezidenti İlir Metanın səlahiyyət müddəti iyunun 24-də başa çatır.

DİGƏR XƏBƏRLƏR

Top