Ermənistanda Paşinyanın istefası tələb olunur


Ermənistanda “Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzində aksiya keçiriblər.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, müxalifətçilər Maştots prospektində yürüş ediblər.
Aksiya iştirakçıları hökumət binalarına üz tutublar. Daha sonra isə Fransa meydanına qayıdıblar.
Yürüşdən əvvəl Fransa meydanında mitinq keçirilib və bu aksiya əsasən bir gün əvvəl Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində baş verən hadisələrin təhlilinə həsr olunub.
Qeyd edək ki, “Müqavimət” hərəkatı aksiyalar keçirməklə Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top