
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini tamamilə məhv ediblər.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti Milli Polisi məlumat yayıb.
Limanın meri Aleksandr Juravlev bildirib ki, şəhər tamamilə işğal olunub.
"Şəhərdə qaz, su, işıq yoxdur. 7,5 min nəfərə yaxın sakini evakuasiya etməyə hələ imkan yoxdur. Şəhər hazırda mövcud deyil, Rusiya hərbçiləri buranı tamamilə dağıdıblar”, - mer bildirib.
Qeyd edək ki, Rusiya hərbçiləri mayın 30-da Severodonetsk əyalətinə daxil olublar və Limanda möhkəmləniblər.
Tətbiqimizi yükləyə bilərsiniz