Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı


Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı bildirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik məlumat yayıb.
“Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, - deyə Çelik bildirib.
Qeyd edək ki, Cumhur İttifaqına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat partiyası daxildir.
 

DİGƏR XƏBƏRLƏR

Top